l

Pera Plastic™ haqqında

Şirkət profili

 

"Pera Plastik" polipropilen torba və yumşaq polipropilen konteynerlərin ən böyük istehsalçılarındandır. Şirkət 1996-cı ildə yaradılıb, 2001-ci ildən özünün daim inkişaf edərək buraxılan məhsul həcmini artıran istehsala malikdir.

Şirkətimizin istehsal gücləri müasir avadanlıqlarla ("STARLİNGER" Avstriya) təchiz olunmuşdur, bu da bizə daimi olaraq bütün lazımi sertifikatlarla, o cümlədən beynəlxalq İSO 9001:2008 standartı ilə təsdiq olunmuş keyfiyyətə nəzarət etmək imkanı verir. Pera Plastik qrupu "EFİBCA" Avropa Yumşaq Konteyner İstehsalçıları Assosiasiyasinin üzvüdür.

   

Bu gün "Pera Plastik" məhsulları Bakı (Azərbaycan), Tbilisi (Gürcüstan), Krasnodar (Rusiya) və Atırau (Qazaxstan) şəhərlərindəki dörd müəssisəmizdə, məcmu istehsal gücü hər ay 3 000 000 açıq torba, 3 000 000 AD*STAR klapanlı torba və 300 000 yumşaq polipropilen konteyner (MKR, biq-beq) olaraq istehsal edilir. Biz sizə həm istehlakçıya (açıq polipropilen torba və klapanlı torba, yumşaq biq-beq konteyner), həm də öz istehsalı olan və bizim məhsullardan (polipropilen parça, sap, kəndir və s.) öz istehsalında istifadə edərək məhsul buraxan istehsalçı üçün nəzərdə tutulmuş məhsul assortimenti təklif edirik.

Detallara diqqətlə yanaşmağımız "Pera Plastik" kompaniyasına möhkəm, rahat və lazım olam formada biq-beq yaratmaq imkanı verir. "Pera Plastik" biq-beqlərinin konstruksiya xüsusiyyətləri istismar şərtlərinə, temperatura, məhsulun fraksiya ölşülərinə, onun qida əhəmiyyətinə, yanğın və ya kimyəvi təhlükəsinə uyğun gəlir, dozalaşdırıcı qurğuların xarakteristikaları, biq-beqdəki məhsulun ambar daxili və ambarlar arası saxlama/daşıma üsulları, həmçinin biq-beqin erqonomikası və boşaldılma üsulları nəzərə alınır.

Dörd istehsal müəssisəsindən başqa bizim: 5 satış ofisimiz (Bakı, Krasnodar, Moskva, Atırau, Kiyev), 3 ambar kompleksimiz (Bakı, Krasnodar, Moskva) və öz avtoparkımız var. Bütün bunlar bizə məhsulumuzu istehsal etmək və Rusiyanın, Belorusiyanın, Ukrainanın, Gürcüstanın, Azərbaycanın, Qazaxstanın və Türkmənistanın böyük və kiçik müəssisələrinə çatdırmaq imkanı verir.

2026 © Poly Plastic™